Yazını böyüt
Yazını kiçilt
Son iki gündə aramsız yağan yağış və sel suları Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinə ciddi ziyan vurub.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, sel nəticəsində Bolnisi və Qardabani rayonunun kəndləri sel sularına qərq olub. Əkin sahələri ciddi ziyan görüb. Kürətrafı kəndlərdə daşqınlar nəticəsində onlarla mal-qara, ev quşları tələf olub. Əldə etdiyimiz məlumata görə, ən çox ziyan Faxralı kəndinə dəyib. Evlərin zirzəmilərinə su dolub. Güclü külək məhsul yığımı öncəsi meyvə ağaclarını kökündən çıxarıb.