Hacıqabulda kişi meyiti tapılıb

10:39 07.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb.

 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Bakı-Qazax avtomagistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlarında şəxsiyyəti müəyyən olunmayan kişi meyiti aşkarlanıb.

 

Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 174 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin əynində ağ qısaqol köynək, göy rəngli cins şalvar və qara kəmər olub.

 

Şəkildə gördüyünüz səxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".