Haitidə qəzəbli izdiham polis tərəfindən ələ keçirilən 13 “quldur”u diri-diri yandırıb

13:14 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Haitinin paytaxtı Port-au-Prinsdə dəstə üzvləri olduğu iddia edilən 13 nəfər qəzəbli kütlə tərəfindən döyülərək diri-diri yandırılıb.

Haiti polis rəsmilərinin sözlərinə görə, insident polis qrup üzvlərinin maşınlarında axtarış apararkən baş verib. Hadisədən bir qədər əvvəl polis onların silahlarını müsadirə etmişdi.

İzdihamın qrup üzvlərini benzinlə isladılmış avtomobil təkərləri ilə döydüyü, daha sonra isə yandıraraq öldürdüyü bildirilir.

Polis izdihamın qrup üzvlərini təhlükəsizlik qüvvələrinin əlindən necə apardığını açıqlamayıb.

Haitidə 2021-ci ilin iyulunda prezident Jovenel Moisenin öldürülməsindən sonra qanunsuzluq hökm sürür.