Hakerlər “Sberbank”ın 48 milyon müştərisinin şəxsi məlumatlarını ələ keçirib

11:00 14.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən böyük bankı olan “Sberbank”da 48 milyon müştərinin şəxsi məlumatlarının ələ keçirildiyi bildirilib. Virtual hücuma görə məsuliyyəti ukraynalı hakerlər öz üzərinə götürüblər.

Hafta.az-ın “Moskva Tayms” qəzetinə istinadən yazdığına görə, “Sberbank”dakı 48 milyon müştərinin şəxsiyyət məlumatları, doğum tarixləri, hashkodları, mobil telefon nömrələri və e-poçt ünvanları kimi şəxsi məlumatları hakerlər tərəfindən ələ keçirilib. Bankdan sızan faylların ümumi ölçüsünün 13 giqabayt olduğu bildirilib.

Bank müştərilərinin məlumatlarını ələ keçirən NLB haker qrupu əvvəl də Rusiyanın digər xidmət provayderlərinə virtual hücum həyata keçirib. Level.travel, Sportmaster, Mail.ru və TikTok-un rusiyalı həmkarı Yappy də ukraynalı hakerlərin hücumuna məruz qalıb.