“Halal” kolbasada donuz əti aşkarlanıb

09:15 04.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Sverdlovsk vilayətində marketlərə satılan “halal” salamın tərkibində donuz əti aşkarlanıb.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, “Rosselxoznadzor” Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin bəyanatında Sverdlovsk vilayətində müsəlmanlar üçün "Halal" sertifikatı ilə istehsal olunan salam və kolbasa məhsullarında donuz əti DNT-si aşkar edilib.

Karamışeva S.V. MMC və “Ravis” şirkətlərinə məxsus Sosnovskaya Quşçuluq Fabrikinin halal sertifikatlı məhsullarında donuz əti DNT-si tapılıb. “Rosselxoznadzor” laboratoriya tədqiqatları çərçivəsində əldə edilən məlumatları prokurorluğa göndərib.

Prokurorluğa edilən müraciətdə sözügedən müəssisənin elan etdiyi məhsulun etiketi ilə onun faktiki tərkibi arasında uyğunsuzluğa diqqət çəkilib, inzibati müdaxilə tədbirlərinin görülməsi üçün rayon prokurorluğuna lazımi müraciətlər ünvanlanıb.

Oxunma sayı 170