Yazını böyüt
Yazını kiçilt
Həftə sonu 9 Fevral Dünya Pizza Günü qeyd olunarkən G20 ölkələrində pizzanın qiymətləri müqayisə edilərək gündəmə gətirilib.
Hafta.az-ın yazdığına görə, G20 ölkələri arasında böyük Pepperoni pizzasının ən baha satıldığı ölkə İngiltərədir. Burada bir Pepperoni pizzası 21 dollara təklif olunur.
Siyahıda İngiltərəni Kanada (16 dollar), Cənubi Koreya (15 dollar), Fransa (14 dollar) və Yaponiya (14 dollar) izləyir.
Cənubi Afrika Respublikası siyahıda sonuncudur, bu ölkədə adıçəkilən pizzanın orta qiyməti 5 dollardır.
Pepperoni pizzası Rusiyada 9 dollar, Türkiyədə 7 dollar, pizzanın vətəni İtaliyada 8 dollar, Braziliyada 8 dollar, İndoneziyada 7 dollar olduğu müəyyən edilib.