Hazırda bu yollarda sıxlıq var - SİYAHI

09:00 13.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hafta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

8. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.