Heç bir bələdiyyənin məktəbi yoxdur - Fazil Mustafa

12:33 29.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda heç bir bələdiyyənin infrastrukturu mövcud deyil. Bələdiyyələr 20 ildən çoxdur fəaliyyət göstərsə də, bu istiqamətdə işlər görülməyib”.

Hafta.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik edilməsi və “Bələdiyyələrin statusu haqqında” qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

F.Mustafa qanunda nəzərdə tutulsa da, heç bir bələdiyyənin məktəbinin olmadığını deyib. O, bələdiyyələrin inkişafı üçün birinci növbədə özlərini təmin etmələri üçün şəraitin yaradılmasını vacib sayıb. "Əks halda əhalinin sayına görə bələdiyyəni ayırsan da, birləşdirsən də, irəliyə doğru addım atılmayacaq" - deputat bildirib.