Heç bir Qərb ölkəsi öz sülhməramlılarını Qarabağa göndərməyə hazır deyil

17:41 22.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“BMT Təhlükəsizlik Şurasının iclası zamanı Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti bir sadə və aşkar səbəbə görə kəskin tənqid olunmadı - heç bir Qərb ölkəsi ora öz sülhməramlılarını göndərməyə hazır deyil”.

Hafta.az xəbər verir ki, bunu “Verelq” nəşrinə açıqlamasında erməni politoloq Sergey Melkonyan söyləyib.

“Qərb ölkələrinin diplomatları və ekspertləri ilə söhbətlərdən məlum olur ki, heç bir ölkə öz sülhməramlılarını  Qarabağa göndərməyə hazır deyil. Bu səbəbdən, məsələn, Avropa İttifaqı və ya ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya sülhməramlılarını kəskin tənqid edibsə, o zaman Ermənistanın haqlı tələbi ola bilərdi: “Biz də Rusiya sülhməramlıların işindən narazıyıq,  öz sülhməramlılarınızı göndərin…”

“Amma heç kim hazır deyil… Bunun fonunda Aİ-nin Artsax xalqını Azərbaycandan qorumaq üçün ən azı 2000 silahlı sülhməramlı göndərəcəyini gözləmək olmaz. Orada belə söhbətlər belə aparılmır”, - ekspert “Pressinq” proqramının efirində bildirib.

Ekspert qeyd edib ki, eyni zamanda, istisnasız olaraq BMT Təhlükəsizlik Şurasının iclasının bütün iştirakçıları yaxşı bilirdilər ki, əgər sabah Azərbaycanın müqavimətini yarıb Xankəndini işğal etmək üçün minimal imkan yaransa, bu, həyata keçiriləcək. “Hər kəs çox gözəl başa düşür ki, nə qədər ki, orada sülhməramlılar var, bu, belə olmayacaq”, - Melkonyan belə hesab edir.