Həftənin KURYOZU - Həftə-reytinq

15:12 29.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin hazırkı Prezidenti Co Bayden Ağ evdə çıxışı zamanı özünü “Baydenin əri” adlandırıb. Dövlət başçısının çıxışı “C-SPAN” telekanalı vasitəsilə canlı yayımlanıb. “Mən Co Baydenin əriyəm. Bu, mənim ən qürur duyduğum tituldur”, - deyə ABŞ lideri qonaqları salamlayaraq bildirib.

 

Həftənin ƏN VARLILARI

Türkiyənin ən varlı müğənnilərinin kimliyi bəlli olub. Siyahıda ilk sırada “imperator“ İbrahim Tatlısəs yer alıb. Belə ki, onun ümumi sərvəti 66 milyon dolladır. İkinci sırada 65 milyon dollar sərvəti ilə Emrah qərarlaşıb. Varlılar siyahısına adını 3-cü sıraya yazdıran isə Murat Boz olub. Onun sərvəti 60 milyon dollardır.

 

Həftənin REKORDU

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo unikal göstəriciyə imza atıb. 39 yaşlı futbolçu buna Asiya Çempionlar Liqasının 5-ci turunda “Əl-Qarafa” (Qətər) ilə oyunda (3:1) dubl edərək nail olub. Ronaldo 30 yaşından sonra vurduğu qollarının sayını 450-ə çatdırıb. Onun futbolçu karyerası ərzində ümumi qol sayı isə 913-ə çatıb.

 

Həftənin MƏĞLUBİYYƏTİ

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib. Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb - 0:8.

 

Həftənin SAQQALSIZI

Ermənistanın Baş naziri Nikol Paşinyan imicini dəyişməsi ilə bağlı danışıb. O, ölkənin ictimai televiziyasına müsahibəsində hökumət başçısı vəzifəsinə gəldikdən 6 il sonra qəfildən niyə üzünü qırxması sualına belə cavab verib: “Bunu böyük qızımın ad günü üçün etmək qərarına gəldim. İndi bu efirə gedəndən sonra digər qızlarım mənə sual verəcəklər ki, niyə onun ad günündə, bizim ad günümüzdə yox? Aşot bu baxımdan iddialı deyil, əminəm ki, belə bir sual qoymayacaq”.

 

Həftənin HÖKMÜ

Ötən il Rusiyada Quranı yandırmaqda təqsirli bilinərək 3,5 il müddətə azadlıqdan məhrum edilən Nikita Juravelə dövlətə xəyanət ittihamı üzrə hökm oxunub. O, 14 il müddətə azadlıqdan məhrum edilib. Xatırladaq ki, N. Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığına görə saxlanılaraq Çeçenistana göndərilmişdi.