Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib. Fatma Səttarova 102 yaşında dünyasını dəyişib. Qeyd edək ki, “İstiqlal” ordenli F.Səttarova, həm də Prezident təqaüdçüsü idi. O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi.
Həftənin GÖZƏLİ

“Miss Turkey 2024”ün qalibi İdil Bilgen yarışmadan sonra tənqidlərə məruz qalıb. 24 yaşlı model “NOW TV”də Çağla Şikəlin qonağı olub. Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenin qızı olduğu ortaya çıxan Bilgen verilişdə tapşırılması ilə bağlı iddialara aydınlıq gətirib. Tibb fakültəsi məzunu, 24 yaşlı İdil Bilgen şərhlərdə onu alçaldanlara cavab verib.
Həftənin DÖYÜLƏNİ

Müğənni Kərim Abbasov toyda döyülməsindən sonra ilk dəfə açıqlama verib. Sənətçi xoşagəlməz hadisə haqda “Elgizlə izlə” verilişində danışıb. O bildirib ki, səhnədə olan zaman həmin şəxslərdən biri sənətçinin əlindən mikrofonu alıb, onunla bərabər mahnı ifa etmək istəyib. Həmin vaxt Kərim Abbasov icazəsiz səhnəyə gələn qonağa mahnının fonoqram olduğunu bildirib. Onun sözlərinə görə, toy başa çatdıqdan sonra həmin kişi və özünü onun qohumu kimi təqdim edən şəxs müğənniyə fonoqram oxuduğuna görə, hücum çəkiblər.
Həftənin JESTİ

Fransa millisinin və “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe hərəkəti ilə gündəmə gəlib. O, İspaniya çempionatının 5-ci turu çərçivəsində “Real Sosyedad”la səfər oyununda (2:0) əvəzləndikdən sonra topdaşıyan uşağa jest edib. 26 yaşlı fransız forvard ehtiyat oyunçular skamyasına əyləşdikdən sonra topdaşıyan uşağa formasını bağışlayıb.
Həftənin QAYIDIŞI

Uels şahzadəsi Keyt Middlton kimyaterapiya kursunu bitirdikdən sonra ilk işgüzar görüşünü keçirib. Bildirilir ki, görüş Vindzor qəsrində baş tutub. Tədbirdə Şahzadə Uilyamın xeyriyyəçi Kral Fondunun üzvləri iştirak ediblər. Uels şahzadəsi sonuncu dəfə ötən ilin dekabrında belə tədbirlərdə iştirak edib. Kral ailəsinin özü görüşün təfərrüatlarını açıqlamayıb. Xatırladaq ki, Middltona bu ilin mart ayında ona xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.