Həftənin MƏRHUMU - Həftə-reytinq

15:10 31.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Professor Nəsiman Yaqublunun qəzada ölməsi ilə bağlı cinayət işi başlanılıb. Cəbrayıl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə istintaq aparılır. Hadisə mərhum professor Zəngilandan qayıdarkən, Cəbrayıl rayonunun Nüzgar kəndi ərazisində qeydə alınıb.

 

Həftənin ETİRAZI

Yaşayış binasının eyvanından Ermənistan Baş naziri Nikol Paşinyana alma atan şəxs saxlanılıb. Hafta.az “News.am”a istinadən xəbər verir ki, bunu edən 71 yaşlı İrəvan sakini olub. Məlumata görə, həmin şəxsə Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (“Xuliqanlıq”) ilə cinayət işi açılıb.

 

Həftənin TƏKLİFİ

“Əl-Nəsr”in hücumçusu, ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun rəhbərliyinə Zinəddin Zidanın komandanın baş məşqçisi təyin edilməsi ilə bağlı müraciət edib. Bu barədə “OK Diario” nəşri məlumat yayıb. Mənbə bildirir ki, futbolçu komandada baş məşqçi ilə bağlı problemlərin olduğunu düşünür. Onun fikrincə, bu posta ən yaxşı namizəd “Real”da rəhbərliyi altında ardıcıl üç dəfə Çempionlar Liqasını qazanan Zidandır.

 

Həftənin ETİRAFI

“Meta”nın qurucusu Mark Zukerberq ABŞ Prezidenti Co Bayden administrasiyasının şirkətə qarşı təzyiq göstərdiyini açıqlayıb. O bu barədə ABŞ Nümayəndələr Palatasının Hüquq komitəsinin sədri Jim Cordana yazdığı məktubda bildirib. Markın sözlərinə görə, administrasiya şirkətin sosial şəbəkələrində hesabların paylaşımlarına senzura qoyulması məqsədilə korporasiyaya təzyiq göstərib.

 

Həftənin DƏSTƏYİ

Amerikalı sahibkar İlon Mask Fransada saxlanılan teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovu azad etməyə çağırıb. O, bu haqda “X” platformasındakı hesabında paylaşım edib. “#FreePavel” (Pavelə azadlıq) , - iş adamı yazıb. Qeyd edək ki, “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.

 

Həftənin MESAJI

Ağ Evin sözçüsü Con Kirbi İsraili müdafiə etməyə hazır olduğunu açıqlayıb. O bildirib ki, İran İsraili vura bilər və bu halda ABŞ yəhudi dövlətini müdafiə edəcək. “Biz İrana iki mesaj göndərdik. Əvvəla, bunu etmə... İkincisi, bu olarsa, biz İsraili müdafiə etməyə hazır olacağıq”, – Kirbi bildirib.