Həftənin NAZİRİ - Həftə-reytinq

14:44 07.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasında ekologiya və təbii sərvətlər naziri təyin edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb. Sərəncama əsasən, 1992-ci il təvəllüdlü Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

 

Həftənin İŞSİZİ

Prezident İlham Əliyev Şair Alxasovla bağlı Sərəncam imzalayıb. Sərəncamla Şair Balaşərif oğlu Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Xatırladaq ki, Ş. Alxasov 18 dekabr 2007-ci ildə icra başçısı təyin edilmişdi.

 

Həftənin REYTİNQİ

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.  Siyahıda Azərbaycandan yalnız Qurban Qurbanov yer alıb. Qurbanov 500 mütəxəssisin yer aldığı siyahıda bir pillə irəliləyərək 135-ci yerə yüksəlib. Qeyd edək ki, siyahı tərtib olunarkən 2023/24 mövsümünün yekunları nəzərə alınıb. Siyahıya “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

 

Həftənin ETİRAZI

Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub. Polis üzərində “Ukraynada öldürülən fransız əsgərləri” yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb. Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb. Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya ordu göndərəcəyi barədə açıqlama verib.

 

Həftənin TƏYİNATI

Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşıoğlu Adam Çerxiqov ölkənin nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri postunu alıb. Respublika başçısı təyinat barədə teleqram kanalında məlumat verib. 2007-ci ildən bu vəzifəni Adam Çerxiqovun atası Ramzan Çerxiqov tuturdu və oğlu Çeçenistan hökumətinin məktəbəqədər təhsil komitəsinə rəhbərlik edirdi. Qeyd edək ki, ötən ay Çeçenistan rəhbərinin oğlu Axmat Kadırov vilayətin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.

 

Həftənin AYRILIĞI

“Qarabağ”dan ayrılan qapıçı Andrey Lunyov klubun mətbuat xidmətinə açıqlama verib. 32 yaşlı qolkiper açıqlamasına Ağdam təmsilçisinin azarkeşlərinə təşəkkür edib: “Əziz azarkeşlər, bu mövsüm, bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm! Biz də öz növbəmizdə çalışırdıq ki, sizə təşəkkürümüzü eyni formada bildirək. Uğur və uğursuzluqda həmişə yanımızda oldunuz.  Bütün qəlbimlə sizə təşəkkür edirəm”.

Oxunma sayı 138