Həftənin QAPIDA QALANI - Həftə-reytinq

17:52 10.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə dəvət edilməyib. Bu barədə məlumatı N.Paşinyan mətbuat konfransında açıqlayıb. O, dəvət edilmədiyindən tədbirdə iştirak etmədiyini bildirib: “Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan inauqurasiya mərasimində iştirakla bağlı dəvət almışdım, lakin Rusiya Prezidentindən belə bir dəvət gəlməyib”.

 

Həftənin ELANI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.  Məlumatda Volodimir Aleksandroviç Zelenskinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğu göstərilir. Onun hansı cinayətə görə axtarışda olduğu açıqlanmayıb. Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu da axtarışda olanlar siyahısına salıb.

 

Həftənin OĞULU

Amerikalı aktyor Nikolas Keycin 33 yaşlı aktyor oğlu Ueston Keyc anası Kristina Fultona hücum etməkdə ittiham olunur.  56 yaşlı aktrisanın üzündə zorakılıq əlamətləri ilə görüblər. Onun gözünün altında böyük qançır, üzündə isə cızıqlar olub. Ehtimal edilir ki, insident Kristina Fultonun evində baş verib. Belə ki, ana-oğul mübahisəsi dava ilə sonlanıb. Ueston Keyci həbs etmək mümkün olmayıb. Polis gələnədək o, hadisə yerindən qaçıb.

 

Həftənin ETİRAFI

“Gündə 3 qutu siqaret çəkirəm, klubun tibbi heyəti də bunu bilir”. Bu sözləri “Lester Siti”nin futbolçusu Ceymi Vardi deyib. O bildirib ki, futbolçu olmasına rəğmən idman zalına getməyi də sevmir: “İdman zalına getməyə və ağırlıq qaldırmağa nifrət edirəm. İndiyə qədər daşıdığım ən ağır şey “Red Bull” qutusudur”.

 

Həftənin TOYU

Türkiyənin Antalya şəhərinin Kumluca ərazisində nəslinin tükənməsinin qarşısını almaq və maarifləndirmə məqsədilə eşşəklər üçün simvolik toy keçirilib. Türkiyəli sənətçi Aydın Aydının türkü səsləndirib klip çəkdirdiyi tədbirdə, eşşəklərə gəlinlik və bəy kostyumu geyindirilib. Eşşəklərə simvolik toy məmuru, toy şahidləri və kənd camaatının iştirakı ilə toy edilib.

Oxunma sayı 146