Həftənin TƏYİNATI - Həftə-reytinq

14:34 05.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. Hafta.az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə icra başçısı Coşqun Cəbrayılov əmr imzalayıb. Əmrə əsasən, Şahsultan Həsənov Nizami RİH başçısının müavini vəzifəsinə gətirilib. O, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktor müavini işləyib.

 

Həftənin ARZUSU

“Həyat mənim üçün 5 dəqiqəlik bir şeydir. Buradan oraya keçməkdir, bu qədər. Hərdən ölümü özümə elə arzulayıram ki... Yaxşı ölüm arzulayıram”. Bu sözləri meyxanaçı Ağamirzə Məmmədov ”Qapqara” yutub layihəsində deyib. “İstəyirəm, hər şeydən canım qurtarsın. Pis insanlardan, fitvalardan və nələrdən-nələrdən... Təkcə çalışdığım sahə yox, həyatın özü də söz-söhbətlidir”, - o bildirib.

 

Həftənin GÖZƏLİ

72-ci dəfə keçirilən “Dünya gözəli” yarışmasının qalibi bəlli olub. Hindistanda baş tutan gecədə Tailanddan olan Opal Suçata adlı iştirakçı qalib gəlib. O, 107 rəqibini geridə qoyaraq birincilik əldə edib. İkinci yerə Efiopiya təmsilçisi Hasset Dereje Admassu, üçüncü yerə isə Polşadan Maya Klajda layiq görülüb.

 

Həftənin ƏN BAHALISI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin məlumatına görə, “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal dünyanın ən bahalı futbolçusudur. İspaniyalı vunderkindin dəyəri 402,3 milyon avro məbləğində qiymətləndirilir. Dünyanın ən bahalı 10 futbolçusunu təqdim edirik: Lamin Yamal (“Barselona”) - 402,3 milyon avro, Erlinq Haaland (“Mançester Siti”) - 239,6 milyon avro, Cud Bellinqem (“Real Madrid”) - 233,8 milyon avro, Kilian Mbappe (“Real Madrid”) - 192,5 milyon avro.

 

Həftənin QƏRARI

Vyetnam hökuməti ölkədə ailələrdə uşaqların sayını ikidən çox olmamaqla məhdudlaşdıran siyasəti ləğv edib. Bu barədə “Bloomberg” məlumat yayıb. Nəşr yazır ki, buna səbəb ölkədə doğumun azalmasının qarşısını almaqdır. Qeyd olunub ki, ölkənin aşağı düşən doğum nisbəti gələcək iqtisadi artım üçün təhdid yaradır və demoqrafik böhrana səbəb ola bilər.

 

Həftənin XEYRİYYƏÇİSİ

“Microsoft” şirkətinin təsisçisi, amerikalı milyarder Bill Geytsin sərvətinin böyük hissəsi Afrika üçün xərclənəcək. Milyarder bu barədə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının Baş Qərargahında çıxışı zamanı danışıb. “Bu yaxınlarda sərvətimin növbəti 20 il ərzində paylanacağını vəd etmişəm. Bu vəsaitlərin əsas hissəsi burada, Afrikada problemlərin həlli məqsədilə xərclənəcək”, - deyə Geyts qeyd edib.