HƏMAS İlon Maskı Qəzza zolağına dəvət edib

23:44 28.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fələstinin radikal HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat yayıb.

“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin”, - deyə U.Həmdan bildirib.

HƏMAS, həmçinin dünya mediası jurnalistlərini törədilən dağıntıların miqyasını, uşaqlara və müdafiəsiz dinc sakinlərə qarşı soyqırımı əlamətlərini görmək üçün Qəzza zolağında iştiraklarını gücləndirməyə çağırıb.

Oxunma sayı 135