HƏMAS ikinci girov qrupunun siyahısını İsrailə təhvil verib

10:30 25.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

HƏMAS oktyabrın 7-də əsir götürdüyü ikinci qrup girovların siyahısını İsrailə təhvil verib.

Bu barədə İsrail KİV-ləri xəbər verib.

Məlumata əsasən, onlar əldə olunan razılığa əsasən, şənbə günü azad olunmalıdırlar.

Siyahıya 8-i uşaq olmaqla 13 nəfər daxil olub. Onların yerli vaxtla saat 16:00-dək azad olunacağı gözlənilir.

Bildirilib ki, İsrail ümid edir ki, HƏMAS razılaşmanın şərtlərinə uyğun olaraq dörd günlük atəşkəs zamanı azad edilməli olan 50 nəfərdən əlavə, daha 30-20 uşaq və qadını azad edəcək.