“HƏMAS” və Sinvar tunellərdən müharibəni Netanyahudan daha yaxşı idarə edir - Liberman

18:24 16.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman İsrailin baş naziri Benyamin Netanyahunu və Hərbi Şuranı kəskin tənqid edərək, ikincinin İsraili itkilərə sürüklədiyini və "HƏMAS" və onun lideri Yəhya Sinvarın müharibəni tunellərdən Netanyahudan daha yaxşı idarə etdiyini bildirib.

Hafta.az xəbər verir ki, "Israel Today" nəşri tərəfindən dərc edilən açıqlamalarda Liberman hökumətin əməliyyatları necə idarə edəcəyi ilə bağlı heç bir vizyonu və ya planı olmadığını və Netanyahunun çaşqınlığı səbəbindən İsrailə beynəlxalq dəstəyi itirdiyini bildirib.

Liberman həmçinin nazirlər Benni Hants və Qadi Ayzenkotu hərbi şuraya heç bir təsirləri olmadıqları üçün onu tərk etməyə çağırıb.

Keçmiş nazir həmçinin təsdiqləyib ki, oktyabrın 7-də baş vermiş uğursuzluğa görə cavabdeh olan hər kəs ("HƏMAS"-ın "Əl-Əqsada daşqın" əməliyyatını nəzərdə tutur)- baş nazir, müdafiə naziri və baş qərargah rəisi də daxil olmaqla, getməlidir.

O, həmçinin ordu əsgərlərinin təhlükəyə məruz qalmamasının, eləcə də İran ərazisində 8 dəqiqə ərzində istənilən hədəfi vura biləcək raket sisteminin yaradılmasının vacibliyini vurğulayıb.

Oxunma sayı 81