Henri Kavillin saxta Bond treyleri milyonlarla dəfə izlənildi

11:18 19.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Henri Kavill pərəstişkarları nəhayət ki, Ceyms Bond rolunda britaniyalı aktyoru görə bilərlər.

Hafta.az-ın “Hollywood  Reporter”a istinadən yazdığına görə, “The Witcher”in keçmiş ulduzunun "baş rol aldığı" saxta Bond filminin treyleri YouTube-da milyonlarla dəfə izlənilib.

Saxta "Bond 26" treyleri Kavilli müxtəlif filmlərdən çəkilmiş kadrların və süni intellektin qarışığı ilə yeni 007 kimi təqdim edir. Treylerdə Bond qızı rolunda Margot Robbie də var.

İndiyədək 2,5 milyondan çox izləyiciyə çatan saxta treylerin təsvirində deyilir: “Nəzərinizə çatdıraq ki, bu video yalnız bədii və əyləncə məqsədilə yaradılmış konsept treyleridir”.

KHStudio-nun bəyanatı belə davam edir: "Mən öz baxışımı həyata keçirmək üçün müxtəlif effektləri, səs dizaynını, süni intellekt texnologiyalarını, film təhlilini və digər elementləri diqqətlə birləşdirdim. Onun məqsədi sırf bədidir, YouTube-də ictimaiyyətini əyləndirmək və cəlb etməkdir. Məqsədim bundan ibarətdir”.

Tənqidçilər treylerin "iddiasız" olduğunu yazsalar da, Kavillin Amerika aksentinin Bondla uyğun gəlmədiyini də bildiriblər.

Kavill pərəstişkarları illərdir ki, aktyorun super casus rolunda Daniel Kreyqi əvəz edəcəyinə ümid edirdilər. Son həftələr Aaron Taylor-Consona Bond rolu təklif edildiyi açıqlansa da, bu xəbər təsdiqini tapmayıb.

Nəhayət, Guy Ritçaynin İkinci Dünya Müharibəsi mövzulu döyüş filmində rol alan aktyordan Bond rolu ilə bağlı hər hansı bir inkişafın olub-olmadığı soruşulub. O zaman Kavill "Heç bir fikrim yoxdur" deyib Rich Eisen Show-a.

“Mən yalnız şayiələri eşitmişəm. Sizdə olduğu kimi eyni məlumat. Bəlkə indi çox qocalmışam, bəlkə də yox. Bu, prodüserlər Barbara Brokkoli və Mayk Uilsondan asılıdır və biz onların planlarının nə olduğunu görəcəyik”, - aktyor deyib.

Oxunma sayı 65