Hər kəs silahla işləməyi bacarmalıdır - Lukaşenko

14:16 20.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında xalq milislərinin yaradılmasının ölkəyə nə üçün lazım olduğunu izah edib, BELTA xəbər verir.

“Dövlətimizdə effektiv dövlət müdafiə sistemi qurulub. Onun əsasını Silahlı Qüvvələr təşkil edir. Onu qorumaq üçün dövlətin bütün səylərini cəmləşdirməyi tələb edən ən mühüm vəzifələri məhz onlar həll edirlər”, - Lukaşenko bildirib.

“Ancaq vəziyyət asan deyil. Mən dəfələrlə demişəm: hər bir kişi (və təkcə kişi deyil) heç olmasa silahla işləməyi bacarmalıdır. Ən azından ona görə ki, lazım gələrsə, ailəsini, torpağın doğma guşəsini, lazım gələrsə, ölkəni qorusun ki, onsuz nə guşə, nə ev, nə heç nə olmaz. Çoxları bunu başa düşür”, - deyə prezident vurğulayıb.