Hər ordu pilotsuz aparatlardan kompleks istifadə edə bilmir - Açıqlama

18:34 26.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

27 sentyabrda başlayan əməliyyatlar hərb tarixinə düşünən əməliyyatlar oldu.

Bu fikirləri hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev deyib.

Ekspert bildirib ki, müharibənin ilk günlərində sərhəd qoşunlarının silahlanmasında olan “An-2” təyyarələrinin havaya qaldırılaraq öncə pilotlu, sonra da pilotsuz olaraq  havada döyüş təyyarəsi kimi uçuşu ilə düşmən yanıldıldı.

Onun fikrincə, bu dünyada hərb tarixində 1-ci dəfə idi ki, istifadə olunan hərbi element idi. Düşməni yanıltmaq və onun hava hücumundan müdafiə sistemlərini aşkar etmək.

Ekspert qeyd edib ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri eşalonlaşdırılmış və çox yüksək səviyyədə təşkil olunmuş sistem hesab olunur.

“Müharibə tarixində ilk istifadə etdiyimiz ikinci məsələ pilotsuz uçuş aparatlarının kütləvi istifadə edilməsi oldu. Əslində pilotsuz aparatların idarə edilməsi çox böyük heyət və məharət tələb edirdi. Hər bir ordu bunu edə bilmir. Çünki onu edə bilmək üçün eyni arealda bunun koordinasiyasını, hədəflərə gedib çatma bacarığını müəyyən etmək lazımdır və Ermənistanın buna qarşı qoyacağı silah olmadı.

Ona görə də deyirik ki, II Qarabağ savaşı 21-ci əsrin hərb siyasətində yenidir. Bizdən öncə dünya hərb sahəsində pilotsuz aparatları bütün hərbi sahədə kordinasiya edib hərəkət etdirən 2-ci bir ölkə olmamışdı. Biz dünyaya bunun nümunəsini göstərdik”.

E.Şıxəliyev II Qarabağ savaşında xüsusi təyinatlıların keçirdiyi əməliyyatları xüsusilə qeyd etdi və bildirdi ki, xüsusi təyinatlılarımız indiyə qədər hərbdə istifadə edilməyən məziyyətləri ortaya qoydu. Ekspert xüsusi təyinatlılarımızın əməliyyatlar zamanı düşmənin öz dilində danışaraq onları necə “tələyə” saldıqlarını qeyd etdi.

E.Şıxəliyev bütün əməliyyatların zirvəsi kimi Hadrutun azad edilməsini və sonra Şuşa əməliyyatını qeyd etdi.

“Şuşa əməliyyatı 44 günlük müharibədə ayrı bir səhifədir. Şuşanın azad edilməsi hərb elminin əsaslanmadığı əməliyyatlar kontekstinə aiddir. Çünki Şuşa alınmaz bir qala idi. Çünki Şuşa elə bir coğrafiyada yerləşir ki, ora yalnız bir nəqliyyat daxil olur. Xüsusi təyinatlılar qalaya 360 dərəcə perimetrdə sərt qayalardan qalxmalı idi. Hərb elmində belə bir məqam var: ələ keçirilməsi, yaxud azad olunması çətin olan hədəflər varsa, öncə bu hədəflər aviasiya və artilleriya atəşlərinə məruz qoyulmalıdır ki, qarşı tərəfdəki hədəflər məhv edilsin. Çətinliyi ondan ibarət idi ki, Şuşa atəş basqısı olmadan alınmalı idi. Çünki atəş basqısı olsaydı, çox böyük dağıntılara səbəb olardı. Şuşa əməliyyatında hava şəraiti çətin, dumanlı idi və həmin vaxt pilotsuz aparatlarımız da onları müşayət edib dəstək verə bilmirdi. Sanki həmin gün təbiət də xüsusi təyinatlılarımızı dəstəkləmiş oldu. Şuşanı işğalda saxlayan 2000-ə yaxın qeyri-qanuni erməni hərbi birləşmələri bir həftəlik əməliyyat nəticəsində darmadağan edildi...”

E.Şıxəliyev bildirib ki, 27 sentyabrda başlayan və 9 noyabrda dayanan bu müharibədə, azad olan toraqların hər qarışında şəhid qanı var.

“Allah şəhidlərimizə rəhmət eləsin, Yaralılarımıza, əlillərimizə Allahdan şəfa diləyirəm”.

E.Şıxəliyev müharibəni bitirən 10 noyabr bəyanatının imzalanmasına da diqqət çəkməklə, bu sazişin Ermənistan üçün nəfəslik olduğunu önə çəkib.

“Biz humanist addım atdıq və Ermənilərin Xankəndində, Xocavənddə, Ağdərədə yaşamını təmin etmiş olduq.  Amma üçtərəfli bəyanatın uğurlu tərəfi odur ki, düşmən Ağdam, Laçın Kəlbəcər rayonlarını silahsız təhvil verdi. Əslində bu da Ali Baş Komandanın yüksək vizionunun nəticəsi idi...”

Hərbi ekspert hesab edir ki, müharibənin başlanması nəticə etibarilə xalqımızı, ordumuzu müzəffər ordu, xalq anlamına gətirdi və artıq qalib xalq kimi çıxış etdi.

“27 sentyabrda başlanan müharibə Ermənistana dərs oldu. 10 noyabr sazişindən sonra ermənilərin törətdiyi təxribatlar dəmir yumruqla susduruldu. Ermənilər anlamalıdır ki, Azərbaycanla müharibə dilində danışmaq mümükün deyil. Bundan sonra da Ermənistanla hərbi -siyasi münasibətlərimiz bu ölkəyə bağlıdır. Ermənistan Azərbaycanın təklif etdiyi sülhə müsbət cavab verəcəksə, onlara yaxşı olacaq. Əks halda, nə əkəcəklərsə, onu da biçəcəklər”.

Oxunma sayı 1815
Gündəm rubrikasından digər xəbərlər