Hərbi Polis İdarəsində təlim kursu keçirilib - FOTO

12:51 08.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyi ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu Bakıda Hərbi Polis İdarəsinin şəxsi heyətinin iştirakı ilə kurs keçib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, kurs müddətində mobil təlim qrupunun təlimatçıları dinləyicilərə hərbi polis fəaliyyətinin NATO standartları çərçivəsində təşkili ilə bağlı ətraflı məlumat verib və digər mövzularda brifinqlər təqdim olunub.

Hərbi qulluqçular kurs müddətində sindikatlar üzrə müxtəlif tapşırıqlar icra ediblər.