Hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib - MN

12:20 26.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.