Heydər Əliyev prospektindəki yanğın söndürülüb

18:00 24.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məlumat verildiyi kimi, 24 avqust 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hasar üzlüyündə yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN-dən hafta.az-a verilən məlumata görə, hadisə barədə saat 14:35-də daxil olan məlumat əsasında 6 dəqiqə sonra, yəni saat 14:41-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb.

Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq 9 dəqiqə sonra - saat 14:50-də məhdudlaşdırılmaqla, saat 15:00-da tam söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində hasara vurulmuş penoplasdan ibarət üzlük 250 kv.m. sahədə yanıb. Hasar üzlüyünün qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə edilib.