Hindistan hökuməti kəşmirlilərin pasportlarını ləğv edib

13:00 02.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan hökuməti Kəşmirlilərin pasportlarını ləğv etməyə başlayıb. Pasportları ləğv edilən bir çox kəşmirli Hindistan rəhbərliyinin bu addımının bölgədəki müxalifəti sıxışdırmaq məqsədi daşıdığını deyib.

Hafta.az-ın "Middle East Eye"yə istinadən yazdığına görə, Kəşmirdə və ondan kənarda yaşayan kəşmirlilər bildiriblər ki, pasportu ləğv edilənlər arasında jurnalistlər, tələbələr, alimlər və siyasi fəallar da var.

Hindistanda yayımlanan “The Wire” qəzetinin məlumatına görə, Hindistan səlahiyyətliləri bir çox insanın pasportlarını “Hindistanın təhlükəsizliyinə təhdid yaratdığını əsas gətirərək” ləğv edib.

Hindistandan kənarda yaşayan bir tələbə isə belə deyib: "Bu o deməkdir ki, mənim təhsilim bitdi və bu dəfə qayıtsam, həbs olunacam və işgəncələrə məruz qalacağam".

Hakim BJP administrasiyası bu yaxınlarda Cammu Kəşmirin xüsusi statusu götürüldükdən sonra kəşmirlilərin pasport almasını çətinləşdirib. Üstəlik, siyasi fəallara və ya dissidentlərə “təhlükəsizlik səbəbi ilə” pasport belə verilməyib.