Yazını böyüt
Yazını kiçilt
Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerə çıxıb.
Son sutka ərzində ölkədə 90 802 yeni yoluxma qeydə alınıb ki, bu da indiyədək rekord göstərici hesab olunur.
Bu günədək Hindistanda virusa yoluxanların sayı 4 204 163 nəfərə çatıb.
Hindistan yoluxma sayına görə yalnız ABŞ-dan ( 6 275 775 yoluxma) geri qalır.
Həmçinin son sutkada 1 016 nəfər koronavirusun qurbanı olub və ümumi ölənlərin sayı 71 642 nəfərə çatıb.