Hindistanda daşqınlar 22 nəfərin həyatına son qoyub

10:10 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ötən gün ərzində səkkiz nəfərlik ailə də daxil olmaqla ən azı 22 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.

Hafta.az xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Sudeş əyalətinin təbii fəlakətlərlə mübarizə departamentinin direktoru Kumar Mohta bildirib.

"Maksimum zərər Mandi, Kangra və Çamba rayonlarında qeydə alınıb", - Mohta bildirib.

 

Torpaq sürüşmələri ştatın bir çox yollarında, o cümlədən Manalidən Çandiqarxa gedən böyük magistralda nəqliyyatın hərəkətini iflic edib. Ən çox insan Mandi rayonunda ölüb - 13 nəfər.