Hindistanda ən bahalı 10 TOY - FOTO

10:48 30.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bütün dünya Anant Ambani ilə Radhika Tacirin toyunu aylarla davam edən maraqlı televiziya serialı kimi izlədi.

Hafta.az-ın yazdığına görə, amma dəbdəbəli toylar hindlilər üçün xarakterikdir. Bu səbəbdən də Hindistan tarixinin 10 ən bahalı və dəbdəbəli toy mərasimindən maraqlı məlumatları təqdim edirik:

1. Ranvir Singh və Dipika Padukone:

2018-ci ildə, altı illik münasibətdən sonra Bollivud cütlüyü Ranvir Singh və Dipika Padukone gözəl təbiətdə - İtaliyanın Komo gölü yaxınlığında evləndilər. Cütlük iki fərqli ənənədə qeyd etdi: Villa d'Estedada ənənəvi Konkani mərasimi və Roccabruna otelində ikinci Sindhi mərasimi.

Daha sonra gəlin və kürəkən Hindistana qayıdıb və mərasimlər Dipika Padukonenin məmləkəti Banqalor və Mumbayda davam edib.

Cütlüyün toyuna ümumilikdə 12 milyon dollar xərclənib.

2. Adel Sajan və Sana Xan:

2017-ci ilin aprelində iş adamı Adel Sajan və aktrisa Sana Xan evlənib. Toy mərasimi Barselonadan İtaliyaya gedən Costa Fascinosa gəmisində baş tutub. Qonaqlar da bir neçə gün Fransada dayanıblar.

Bəy və gəlin qonaqlara Harrods brendindən eksklüziv hədiyyələr təqdim ediblər. Tədbir 10 pilləli dəbdəbəli tort kəsmə mərasimi ilə başa çatıb.

Toya ümumilikdə 15 milyon dollar xərclənib.

3. Virat Kohli və Anuşka Şarma:

2017-ci ilin dekabrında Hindistanın kriket komandasının keçmiş kapitanı Virat Kohli və Bollivud aktrisası Anuşka Şarma İtaliyanın Komo gölü sahilində evləndilər. Toy mərasimi hindu adət-ənənələrinə uyğun keçirilib.

Cütlük daha sonra Mumbayda məşhurların və idmançıların getdiyi lüks restoranda qonaqlıq verib. Sonra bayram Dehlidə davam edib. Hindistanın baş naziri Narendra Modi toyda iştirak edib.

Toy mərasimlərinə toplam 15 milyon dollar xərclənib.

4. Sonam Vasuani və Navin Fabiani:

2017-ci ildə iri konqlomerat Stallion Group-un yaradıcısı, maqnat Sunil Vasvaninin qızı Sonam Vasvani nüfuzlu iş adamı Kamal Fabianinin oğlu Navin Fabiani ilə evlənib. Bayramın ilk günü dəbdəbəli Ferstel sarayında, ikinci hissəsi isə memarlıq gözəlliyi və tarixi əhəmiyyəti ilə məşhur olan Belvedere sarayında keçirilib. Toya dəvət olunan məşhur Hollivud müğənnisi Bruno Mars bu gün hər kəsdə unudulmaz təəssürat buraxıb.

Toyda 30 milyon dollar xərclənib.

5. Vanişa Mittal və Amit Bhatia:

Polad nəhəngi Lakshmi Mittalın qızı Vanişa 2004-cü ildə London bankiri Amit Bhati ilə evləndi. Parisdəki toy mərasimi altı gün davam edib. Şənlik proqramı çərçivəsində müğənni Kayli Minoq, Bollivud ulduzları Şahrux Xan və Ayşvariya Ray çıxış ediblər. Əsas toy mərasimi 17-ci əsrdə tikilmiş Vaux-le-Vicomte qəsrində baş tutub. Saray bağlarında ənənəvi hind mərasimi - mandapamı keçirmək üçün Mumbaydan 35-dən çox çiçəkçi və dekorasiya mütəxəssisi cəlb edilib.

Toyda toplam  66 milyon dollar xərclənib.

6. Şristi Mittal və Gulraj Bel:

2013-cü ildə polad maqnatı Pramod Mittalın qızı Şristi Mittal bankir Gulraj Bellə evləndi. Toy Barselonada üç gün davam edib. Tədbirə beş yüzə yaxın qonaq dəvət olunub və ən yaxşı yeməklər süfrəyə verilib. O cümlədən məşhur ispan aşpaz Sergi Arola qonaqlara 60 kiloqram ağırlığında altı qatlı bayram tortu bişirib. Toy mərasimini unudulmaz etmək və fotoqrafların bayramın bütün aspektlərini çəkməsi üçün helikopterlər icarəyə götürülüb.

Toyda 70 milyon dollar xərclənib.

7. Brahmani və Raciv:

2016-cı ildə əvvəllər qeyri-qanuni mədənçilik fəaliyyətinə görə həbs edilmiş siyasətçi Janardhan Reddi qızı Brahmaninin toyunu böyük miqyasda qeyd edib. Mərasimlər beş gün davam edib və Banqalor sarayında baş tutub. Tədbirə 50 mindən çox qonaq dəvət edilib və bayram o dövrün ən böyük toy mərasimlərindən birinə çevrilib.

Toyda toplam 74 milyon dollar xərclənib.

8. Suşanto və Simanto Royun ikiqat toyu:

2004-cü ildə məşhur biznes maqnatı Subrata Roy hər iki oğlunu eyni gündə evləndirdi və böyük ikiqat bayram keçirdi. Tədbir Laknaudakı Sahara Stadionunda keçirilib və bir həftə davam edib. Onu Bollivud ulduzları və məşhur idmançılar da daxil olmaqla 11 mindən çox qonaq ziyarət edib. Dünyanın müxtəlif yerlərindən gələn qonaqların rahatlığı üçün fərdi uçuşlar təşkil edilib.

Toyda ümumilikdə 75 milyon dollar xərclənib.

9. İşa Ambani və Anand Piramal:

2018-ci ildə məşhur milyarder Mukeş Ambaninin qızı İşa Ambani Anand Piramal ilə evlənib. Toy mərasimi bir həftə davam edib və dünyanın bir neçə yerində keçirilib. Udaypurda, İtaliyanın məşhur Komo gölündə və Mumbayda qeydetmələr olub. Əsas mərasim Hindistanda Piçola gölünün yaxınlığındakı özəl adada baş tutub.

Toy mərasimlərində 100 milyon dollar xərclənib.

10. Anant Ambani və Radhika Tacir:

Anant Ambani və Radhika Tacirin toyu həqiqətən də bütün dünyanın diqqətini çəkib. İyul ayında keçirilən ən böyük mərasim üç gün davam edib. Milyarder ailəsinin bütün tədbirlərə və hədiyyələrə nə qədər pul xərclədiyi rəsmən açıqlanmasa da, ekspertlər xərclərin 150 milyon dollardan çox olduğunu düşünürlər. Toyda iştirak edən ulduzların qonorarı da çox yüksəkdir. Şayiələrə görə, müğənni Rihannaya 7 milyon, Castin Biberə isə 10 milyon dollar ödənilib.

Toyda ümumilikdə 150 milyon dollardan çox pul xərclənib.