Hindistanda milli kriptovalyuta yaradılır

23:54 23.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistan parlamenti noyabrın 29-da qış sessiyası zamanı milli kriptovalyutanın yaradılması və ölkədəki bütün özəl kriptovalyutaların qadağan edilməsi haqqında qanun layihəsinə baxacaq.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, bu barədə parlamentin aşağı palatasının iclasının gündəliyində deyilir.

Həmçinin daha 25 qanun layihəsi aşağı palata baxılmaq üçün təqdim olunacaq.