Yazını böyüt
Yazını kiçilt
Hollandiyanın Qroningen şəhərində Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun adına saxta Ukrayna vəsiqəsi ilə avtomobil idarə edən sərxoş sürücü həbs edilib. Bu barədə yerli “Oogtv” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, polis patrulu sürücüsü sərxoş olan avtomobili saxlayıb. Maşına baxış zamanı məlum olub ki, saxlanılan şəxsin yanında siyasətçinin adına saxta Ukrayna pasportu var. Sənədlərdə Consonun əsl doğum tarixi və yeri göstərilib. Hüquqların müddəti 3000-ci ildə başa çatır. Saxta sənədlərin polis tərəfindən götürüldüyü, tutulan şəxsin cərimə olunduğu bildirilir.