Hollivud ulduzlarının sevdiyi qeyri-adi yeməklər

10:00 03.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhurlar dünyanın istənilən mətbəxindən ləzzət ala bilirlər, lakin bəzən hətta dietoloqları belə təəccübləndirən yeməklər seçirlər.

Hafta.az olaraq bu dəfə qastronomik zövqləri uzun müddətdir pərəstişkarları arasında müzakirə olunan belə məşhurlardan bəziləri haqda söz açacağıq:

Kardi B.

Kardi B. təkcə hitləri ilə deyil, həm də gözlənilməz qastronomik təcrübələrə olan həvəsi ilə məşhurdur. Müğənni sosial şəbəkələrdə başqalarının ağlına belə gəlməyən şeyləri nümayiş etdirir. Məsələn, pendir sousu ilə qarğıdalı çipsləri yeməyi və onunla qırmızı şərab içməyi sevir. Kardinin digər sevimli deserti ketçup və şokoladlı peçenyedir. Müğənni günə qəhvə ilə deyil, kola və pizza ilə başlayır.

Eyni zamanda, o, vegan yeməkləri də sınayır və hətta reseptlər paylaşır, həmçinin qızardılmış kartof, qızılbalıq və fıstıq yağından həzz alır.

Selena Qomez

Selena Qomez də qeyri-adi kombinasiyaları sevir. Bir gün Cimmi Fallonla verilişdə olarkən "Texas popkornu" adlandırdığı sevimli desertindən danışıb. Selena Tabasko sousu ilə xiyar suyuna batırılmış adi popkorn yeməyi xoşlayır. Verilişin aparıcısı Cimmi Fallon da bu qeyri-adi qəlyanaltını dadıb və bildirib ki, indi bu, onun sevimli popkornudur.

Yeri gəlmişkən, Selena Qomez təkcə xiyar suyu deyil, həm də şirin krakerlərlə turşu və ya marinadlanmış xiyar yeməyi sevir.

Cennifer Eniston

Aktrisa Cennifer Anistonun menyusunda məhsul və dadın qəribə birləşməsi yoxdur. Amma aktrisa nəyisə bəyənirsə, illərdir onu yeməyə hazırdır. Məsələn, "Dostlar" serialının çəkilişi zamanı o, 10 il, layihənin bütün müddəti ərzində eyni salatı yeyib.

Cennifer "Cobb" salatını özünə uyğunlaşdıraraq, onun bəzi inqrediyentlərini dəyişib. Maraqlıdır ki, Eniston digər aktyorlara və hətta bütün çəkiliş qrupuna bu salatı hazırlamağı öyrədib.

İllər sonra aktrisa sevimli salatının reseptini sosial şəbəkədə yerləşdirsə də, çəkiliş zamanı onun bir qədər fərqli variantını yediyini qeyd edib. Amma əsas maddələr eynidir: bulqur, təzə xiyar, nanə, qırmızı soğan, noxud və ağ pendir.

Mariya Keri

Müğənni Mariya Keri sağlam qidalanmağa çalışır - onun pəhrizi əsasən tərəvəz, meyvə, balıq və toyuqdan ibarətdir. O, karbohidratlardan, çörəkdən və fast fooddan imtina edib. Yeri gəlmişkən, Mariyanın sevimli yeməyi pizzadır, lakin o, xəmir əvəzinə toyuq döşündən və ya balqabaqdan istifadə edildiyi pəhriz versiyasına üstünlük verir.

Bununla belə, Mariyanın özünəməxsus qəribə vərdişləri də var. Müğənni bəzən “bənövşəyi pəhriz”ə riayət etməyi xoşlayır. Bunda ulduz ancaq bənövşəyi şeylər yeyir: badımcan, qırmızı kələm salatı, qarağat, qaragilə, böyürtkən, gavalı, tünd üzüm və sair istədiyi qədər.