Honq Konq üç ildən sonra maskadan imtina edir

15:56 28.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Honq Konq səlahiyyətliləri, turizm və biznesi bölgəyə qaytarmaq üçün üç il ərzində COVID-19 pandemiyasından sonra maska ​​taxmağı dayandırmaq qərarına gəlib. Bu barədə Reuters agentliyi administrasiya rəhbəri Con Liyə istinadən məlumat yayıb.

Qərar martın 1-dən qüvvəyə minəcək. Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsi dünyada hələ də məcburi maska ​​tələbi olan sonuncu yerlərdən biridir.

“Biz hesab edirik ki, bu qərar qəbul etmək üçün ən yaxşı vaxtdır. Bu, Honq-Konqun normala döndüyünə dair açıq bir siqnaldır” deyən Li, xəstəxanalar kimi yüksək riskli ərazilərdə idarəçilərin işçilərdən və ziyarətçilərdən maska ​​taxmağı tələb edib-etməməsinə qərar verə biləcəyini qeyd edib.