Hövsan qəsəbəsində karantin rejimi hiss olunmur - FOTO

20:28 20.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

 Paytaxda karantin rejiminə sakinlər necə riayət edirlər? Bununla bağlı Suraxanı rayon Hövsan qəsəbəsində olduq.

Saat təxminən 10:30 radələri olardı. Sözügedən qəsəbənin giriş və çıxışında polis  avtomobilləri və avtobusları ciddi yoxlasa da, qəsəbənin içində polis, patrul xidmətinə rast gəlmədik.  Qəsəbənin mərkəzi küçəsi sakinlərlə dolu olduğundan karantin rejimi hiss edilmirdi. Sakinlər sərbəst şəkildə küçə boyu hərəkət edirdilər. Burada fəaliyyət göstərən “Azərpoçt”un 19/ 89 saylı filalı diqqətimizi cəlb ertdi. Poçt binasının daxili və çölü sakinlərlə dolu idi. Əksəriyyətində də qöruyucu maska yox idi. Bu da sakinlər arasında yoluxma və xəstəliyin yayılma riskini artırır.

Sakinlər dedilər ki, sistem işləmədiyindən poçtda əməliyyat işləri ləngiyir, bu səbəbdən də sıxlıq yaranıb.  Xatırladaq ki, sözügedən qəsəbədə təxminən 40 min əhali yaşayır.