Hulusi Akar ABŞ-ın müdafiə naziri ilə telefonla danışıb

22:30 25.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Ukraynadan taxıl tədarükü, terrorla mübarizə, Türkiyə-Yunanıstan münasibətləri və F-16-ların tədarükü ilə bağlı fikir mübadiləsi aparıblar.