Kamala Harris COVID-19-a yoluxub

22:37 26.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın vitse-prezidenti Kamala Harris COVID-19-a yoluxub.

Hafta.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi Ağ Evə istinadən bildirib.

K.Harris xəstəliyi simptomsuz keçirir. Ağ Ev qeyd edib ki, son günlərdə nə ABŞ prezidenti Co Bayden, nə də onun həyat yoldaşı xəstə şəxslə "birbaşa təmasda" olmayıb.

ABŞ-ın vitse-prezidenti özünü təcrid edəcək, lakin distant rejimdə işləməyə davam edəcək.