Kamran Əliyev Rusiya və Ermənistan baş prokurorları ilə görüşdən danışıb

11:58 01.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorlarının görüşü keçirilib.

Hafta.az-ın məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, görüşdə razılığa gəlindi ki, Rusiya prokurorluğunun vasitəsi ilə əməkdaşlıq davam etsin:

"Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılmasıdır. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır".