Kanada Ukrayna üçün NASAMS hava hücumundan müdafiə sistemi alacaq

19:03 11.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kanadanın müdafiə naziri Anita Anand bildirib ki, Kanada NASAMS zenit-raket kompleksi və döyüş sursatlarını Kiyevə təhvil vermək üçün ABŞ-dan alacaq.

O, sosial şəbəkədə yazıb: “Kanada ABŞ-dan NASAMS zenit-raket kompleksi alacaq, sonra onu Ukraynaya ötürəcək”.

Onun sözlərinə görə, Kanada ilk dəfə olaraq Ukraynaya hava hücumundan müdafiə sistemi təhvil verəcək.

Kanada Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ottava Ukraynaya təhvil vermək üçün Vaşinqtondan “əlaqəli döyüş sursatları” da alacaq.