Kanadada Türkiyədən Bayraktar TB2 SİHA almaq üçün pul yığma kampaniyasına start verilib.
Hafta.az-ın yazdığına görə, 1 milyondan çox ukraynalının qatıldığı bildirilən kampaniyada hər kəs ən azı 7 Kanada dolları ianə etsə, 7 milyon Kanada dolları hədəfinə çata biləcəyi qeyd edilib.
Ukraynadakı müharibədən zərər çəkənlərə humanitar yardım göstərmək üçün qurulan "UhelpUkraine" Ukraynada ehtiyac duyulan yardımı birbaşa mülki şəxslərə çatdırır.
Qeyd edək ki, Ukrayna ordusuna və xalqına dəstək üçün Litva, Polşa və Norveçdə də analoji kampaniyalara start verilib.
Xatırladaq ki, "Baykar" firması Ukrayna və Litvada keçirilən kampaniyalara cavab olaraq toplam 4 "Bayraktar TB2"ni hədiyyə etdi və sözügedən həmrəyliyə öz töhfəsini verib.
Bu arada qeyd edək ki, 2020-ci ilin oktyabrında Kanada hökuməti Dağlıq Qarabağda Ermənistan ordusuna qarşı əməliyyatlarda "Bayraktar TB2" SİHA-larından istifadə edildiyini əsas gətirərək Türkiyəyə SİHA avadanlığı kimi satılan elektro-optik və infraqırmızı kamera sistemlərinin satışını dayandırıb. Amma 2021-ci ilin aprelində Kanada administrasiyası Dağlıq Qarabağda Kanada texnologiyasından istifadəni əsas gətirərək, dayandırdığı “Türkiyə üçün hərbi ixrac icazələrini” ləğv etdiyini açıqlayıb.