Kanadada bıçaqlı hücum - ən azı 10 ölü, 15 yaralı

10:35 05.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kanadanın mərkəzi hissələrində Saskaçevan əyalətində bıçaqlı hücumlar nəticəsində ən azı 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı açıqlanıb. Hafta.az xarici mediaya istinadla bildirir ki, bu, Kanada tarixindəki ən ölümcül hücumlardan biridir. Hücumlar ən azı 13 fərqli məkanda həyata keçirilib.

Kanada polis rəsmiləri iki şübhəlinin fotolarını yayımlayıb və ictimaiyyətə onları görəndə gizlənməyi və polisə zəng etməyi tövsiyə edib.

Polis departamentinin müdirlərindən Ronda Blekmor bildirib ki, yaralıların faktiki sayı məlum olandan çox ola bilər, çünki yaralılardan bəziləri öz vasitələri ilə xəstəxanaya gediblər.

Şübhəlilərin qara Nissan Rouge avtomobilində ola biləcəyini ifadə edən polis səlahiyyətliləri, “Əgər təhlükəsiz yerdəsinizsə, oradan ayrılmayın. Başqalarını evinizə gətirərkən diqqətli olun. Avtostopçuları qəbul etməyin”.

Ölkədə nəzarət-buraxılış məntəqələri yaradılıb.

Bildirilib ki, ilk hücum bazar günü səhər saat 05:40-da yerli vaxtla saat 14:40-da qeydə alınıb.
Kanadanın baş naziri Castin Trudeau hücumun "dəhşətli və kədərli" olduğunu bildirib.
Tvitter hesabından açıqlama verən Trudeau, "Ürəyimiz yaxınlarını itirənlərlə və xəstəxanada yaralananlarladır" deyib.