“Gürcü arzusu” partiyaları qadağan etməyi planlaşdırmır, bu yalandır!”.
Hafta.az-ın yazdığına görə, bu barədə jurnalistlərə paytaxt meri Kaxa Kaladze məlumat verib.
Kaladzenin izah etdiyi kimi, söhbət keçmişdə törədilmiş, ərazilərin itirilməsi ilə bağlı olan və araşdırılmalı olan cinayət əməllərindən gedir.
Kaladzenin sözlərinə görə, ictimaiyyət bu məsələ ilə bağlı dolğun məlumata malik olmalıdır.
“Kənardan diktə edildiyini düşündüyüm ehtiyatsız hərəkətlə biz ərazilərimizi itirdik, çoxlu qəhrəman əsgərlərimiz, dinc sakinlərimiz şəhid oldu, ölkə ərazilərinin böyük bir hissəsi bu gün də işğal altındadır. Ölkəmizi, vətənimizi sevən istənilən gürcüdən soruşsan ki, ölkənin əsas prioriteti nədir, bunun ərazi bütövlüyü olduğunu deyəcək. Bu ehtiyatsız hərəkətlər və törədilən pisliklər düzgün araşdırılmalı, konkret suallara cavab verilməli, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Qətnaməyə imza atıblar, bu qətnamə də şərdir. Öz ölkəni müharibəyə başlamaqda necə günahlandıra bilərsən? Qərarda yazılıb ki, biz yatmış Sxinvalini bombalamışıq. Bütün suallara cavab lazımdır və bütün cinayətkarlar cəzalandırılmalıdır”, – deyə Kaxa Kaladze bildirib