Keçmiş maliyyə nazirinin cinayət işi məhkəməyə göndərilib

09:30 27.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qətərin Baş Prokurorluğu keçmiş maliyyə naziri Əli Şərif əl-İmadinin və bəzi şəxslərin rüşvətxorluq, dövlət əmlakını mənimsəmə, sui-istifadə, dövlətə zərər vurma və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunmaq üçün Cinayət Məhkəməsinə göndərildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Baş Prokurorluq bildirib ki, İmadi və digərləri ilə bağlı lazımi araşdırmalar iş üzrə ifadələrin alınması, sənədlərin və hesabatların araşdırılması ilə yekunlaşıb. İstintaq nəticəsində təqsirləndirilən şəxslərin qeyd edilən cinayətləri törətdikləri sübuta yetirilib.

Qətərin rəsmi agentliyi QNA-nın xəbərinə görə, Baş Prokurorluqdan verilən açıqlamada, işlə bağlı ifadələrin alındığı, sənəd və hesabatların araşdırılmasının tamamlandığı bildirilib.

Qeyd edək ki, keçmiş maliyyə naziri İmadi 2021-ci il mayın 6-da saxlanılıb.

2013-cü ildən Qətərdə Maliyyə Naziri vəzifəsində çalışan İmadi eyni zamanda “Qatar Airways” İdarə Heyətinin sədri və Qətər Milli Bankı İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Oxunma sayı 234