Keçmiş məhkumda 6 kq-dan artıq marixuana aşkarlanıb

23:00 03.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə keçmiş məhkumda 6 kq-dan artıq marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş V.Baxşəliyevin evindən 6 kiloqram 807 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.