Keçmiş məhkumdan heroin, “beşbarmaq” aşkar edilib

14:12 01.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov saxlanılmışdır.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin, marixuana, metamfetamin, həmçinin “Baikat” markalı tapança və 1 ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür.