Ehtiyatda olan polkovnik Eray Güçlüər Türkiyənin müdafiə sənayesində atdığı addımlarla bağlı diqqətçəkən açıqlamalar verib.
Hafta.az-ın yazdığına görə, bu yaxınlarda “Roketsan” Qara dənizdə notam elan etdiyi bölgəyə uzaqmənzilli hava və raketdən müdafiə sistemi “Siper”i sınaqdan keçirib və sınaq çəkilişi Kırklarelinin Dəmirköy rayonundakı İğnəadadan aparılıb.
“Ölkə TV”də danışan Eray Güçlüər diqqət çəkən bir detalı ictimaiyyətlə bölüşüb. İğnəada həm də bu yaxınlarda “Siper” raketinin sınağının keçirildiyi yerdir. “Hisar-O” orta hündürlük məsafəsi 100 kilometrdir.
“Siper” dediyimiz raket sistemi S-400-ün ekvivalentidir və tam hazırdır. Türkiyə istədiyi vaxt ondan istifadə edə bilər. Bu raketin uçuş məsafəsi 6 il ərzində 600 kilometrə çatdırılacaq. S-400 hara, 600 kilometr hara? Belə demək mümkündürsə, bu S-600-dür”, - mütəxəssis bildirib.
O qeyd edib ki, Rusiya S-500-ləri hələ sınaqdan keçirib, türklər isə onu 600 kilometrə çıxaracaq. “Dünyada yüksək hündürlükdə 600 kilometr hava hücumundan müdafiə sistemi yoxdur. Yalnız Türkiyədə olacaq”, - Güclüər deyib.