Keçmiş prezident 10 il 8 ay həbsə məhkum edildi

11:15 19.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Panamanın keçmiş lideri Rikardo Martinelli çirkli pulların yuyulmasına görə 10 il 8 ay həbsə və 19 milyon dollar cərimə ödəməyə məhkum edilib.

Hafta.az-ın yazdığına görə, 71 yaşlı Martinelli ölkə prezidentliyi yarışına qayıtmağı planlaşdırarkən bir media şirkəti alaraq çirkli pulların yuyulmasında ittihamlarla üzləşib. Panama məhkəməsi tərəfindən Martinelliyə verilən həbs cəzası cəmi 128 ay olub.

Martinelli son vaxtlar müxtəlif ittihamlarla üzləşib və 5 may 2024-cü ildə keçiriləcək prezident seçkilərində ötən ay öz partiyası tərəfindən namizəd kimi seçilib.

Keçmiş lider 2015-ci ilin dekabrında verilən həbs orderindən sonra 2017-ci ildə ABŞ-da saxlanılıb və 2018-ci ilin iyununda Panamaya ekstradisiya edilib. Lakin ekstradisiya prosesində Martinelliyə qarşı korrupsiya iddialarına məhəl qoyulmayıb.

2019-cu ildə Panama məhkəməsi Martinelliyə 2009-2014-cü illərdə baş vermiş "ən azı 150 nəfərin telefonunu dinləmək və bu fəaliyyətlər üçün dövlət vəsaitindən istifadə etməkdə" bəraət qazandırıb və ev dustaqlığı qərarını ləğv edib.