Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edəcək

12:54 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edəcək.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 8 iyul 2022-ci il tarixində Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Yevlax rayonu və Mingəçevir şəhəri sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 7 iyul 2022-ci il tarixində Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxunma sayı 141