Kim Çen In qızı ilə ilk dəfə ictimaiyyət qarşısında çıxıb

15:59 19.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şimali Koreya lideri Kim Çen In qızını ilk dəfə ictimaiyyətə açıqlayıb. KCNA xəbər agentliyi xəbər verir ki, Şimali Koreya liderinin həyat yoldaşı və qızı “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışı zamanı iştirak ediblər.

Agentlik Şimali Koreya liderinin Kim Çen Inın əlindən tutan və onunla hərbi texnikanın ətrafında gəzən qızla çəkilmiş fotolarını dərc edib. Qızın adı çəkilmir.

Əvvəllər Şimali Koreya hakimiyyəti Kim Çen Inın uşaqlarının olduğunu rəsmən təsdiqləməyib. Eyni zamanda, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, onun və həyat yoldaşı Li Sol-Junun 2010, 2013 və 2017-ci illərdə doğulmuş iki qızı və bir oğlu var. Ehtimallara görə, qız KXDR rəhbərinin böyük qızıdır.