Kino sənaye parkımız olacaq

13:24 17.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda kino sənaye parkı yaradılacaq. Mədəni və yaradıcı sənayelərin tərkib hissəsi kimi kino sənaye parkının yaradılması planlaşdırılır və bu park Cəfər Cabbarlı adına kinostudiyanın bazasında formalaşdırılacaq.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mədəniyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarına cavab verən mədəniyyət nazirinin müavini Sədaqət Yusifova deyib.

O vurğulayıb ki, bu layihənin Qobustan ərazisində həyata keçirilməsi mümkün deyil, çünki mövcud qanunvericilik məhdudiyyətləri buna imkan vermir:

"Mədəni və yaradıcı sənayelərlə bağlı layihələrin xüsusilə bərpa olunmuş ərazilərdə pilot layihələr kimi, çoxfunksiyalı məkanlarda həyata keçirilməsi nəzərdə tutulur".