Yazını böyüt
Yazını kiçilt
Moskva məhkəməsi mənzildə tarakanların olduğunu əsas gətirərək kirayə müqaviləsini vaxtından əvvəl ləğv edən gənc qadına haqq qazandırıb.
Hafta.az-ın “Moskvicmag” jurnalına istinadən yazdığına görə, bəzən ev sahibləri mənzillərdə tarakan problemi ilə bağlı kirayəçilərə məlumat vermirlər. Sözügedən hadisədə mənzil kirayələyən gənc qızın 10 gün sonra evdə tarakanlara rast gəldiyi öyrənilib.
Bildirilir ki, gənc qız yazılı bildiriş verərək, icarə müqaviləsini ləğv edib, ödədiyi 1 aylıq kirayə pulunu və depoziti geri almaq istəyib, lakin mənzil sahibi tərəfindən mənfi cavab alıb.
İclasda məhkəmə ev sahibini gənc qızın ödədiyi əmanəti və 10 günlük müddət istisna olmaqla kirayə haqqını qaytarmağı öhdəsinə götürüb.