Kiyev Donbasa hücum əməliyyatı planlaşdırmır - Kuleba

19:29 22.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna hakimiyyəti Donbasda hücum hərbi əməliyyatı keçirməyi planlaşdırmır və münaqişənin diplomatik yollarla həllinə sadiqdir.

Hafta.az xəbər verir ki, bunu bazar ertəsi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

"Ukrayna Donbasda hücum xarakterli hərbi əməliyyat planlaşdırmır. Biz münaqişənin siyasi-diplomatik həllini tapmağa sadiqik", - o, Twitter-də yazıb.